Ana Sayfa > Özəl > Qara dənizdə təhlükə böyüyür – Türkiyə üçün üç ciddi risk açıqlandı
Qara dənizdə təhlükə böyüyür – Türkiyə üçün üç ciddi risk açıqlandıBu gün, 19:17. Yazar: vasif |
![]() Rusiya-Ukrayna müharibəsinin Qara dənizdə yaratdığı təhlükələr regional təhlükəsizliklə bağlı narahatlıqları artırıb. Rumıniya və Bolqarıstan sahillərində ticarət gəmilərinə hücumlar NATO ölkələrinin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. “Reuters”in oktyabrın 26-da yaydığı məlumatlara görə, ay ərzində ən azı səkkiz gəmi hücumlardan zərər çəkib, 34 dənizçi isə həlak olub və ya itkin düşüb. “Carnegie Europe” təşkilatının təhlilində Qara dənizdəki hadisələrin NATO-nun kollektiv müdafiə mexanizmi üçün yeni çağırışlar yaratdığı vurğulanır. Ekspertlərin fikrincə, vəziyyət Türkiyə üçün də ciddi əhəmiyyət daşıyır. Ankaranın qarşısında üç əsas məsələ dayanır: Montrö Konvensiyasının qorunması, Rumıniya və Bolqarıstanla təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi və mülki dəniz nəqliyyatının müdafiəsi. Beynəlxalq münasibətlər üzrə ekspert Həsən Köni hesab edir ki, Türkiyə Qara dənizdə hərbi balansı qorumaqla yanaşı, ticarət yollarının təhlükəsizliyinə də xüsusi diqqət yetirməlidir. Ekspert Umur Tugay Yücel isə xəbərdarlıq edib ki, münaqişənin NATO üzvü olan sahilyanı ölkələrə yaxınlaşması Türkiyənin təhlükəsizlik risklərini artıra bilər. Analitiklərin fikrincə, Ankara bir tərəfdən NATO müttəfiqləri ilə əməkdaşlığı davam etdirməyə, digər tərəfdən isə Rusiya ilə birbaşa hərbi qarşıdurmadan yayınmağa çalışır. Geri dön |