Ana Sayfa > Özəl > Moskvada internetə 3 günlük məhdudiyyət – Səbəbi açıqlandı

Moskvada internetə 3 günlük məhdudiyyət – Səbəbi açıqlandı


Bu gün, 19:00. Yazar: vasif
Moskvada internetə 3 günlük məhdudiyyət – Səbəbi açıqlandı



Rusiyanın paytaxtı Moskvada oktyabrın 27-dən 29-dək mobil internetin fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunacağı bildirilir.

Rusiya Rəqəmsal İnkişaf Nazirliyinin məlumatına görə, məhdudiyyətlər əsasən şəhərin Üçüncü Nəqliyyat Dairəsi ərazisini əhatə edəcək.

Qərar Qaz İxrac Edən Ölkələr Forumunun sammiti və “Rusiya – Afrika” sammiti ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə izah olunur.

Məlumata əsasən, mobil internetdə kəsintilər oktyabrın 27–28-də Moskva vaxtı ilə saat 11:30-dan, oktyabrın 29-da isə saat 09:30-dan etibarən baş verə bilər.

Məhdudiyyətlər zamanı adi telefon zəngləri, stasionar internet və Wi-Fi şəbəkələrinin fəaliyyətini davam etdirəcəyi bildirilir. Sosial əhəmiyyətli bəzi internet resurslarına giriş də açıq saxlanılacaq.

Qeyd edək ki, Moskvada daha əvvəl də təhlükəsizlik səbəbi ilə mobil internetə məhdudiyyətlər tətbiq edilib. “Kommersant”ın hesablamalarına görə, belə kəsintilər şəhər iqtisadiyyatına gündəlik təxminən 1 milyard rubl ziyan vura bilər.
Geri dön