Ana Sayfa > Özəl > Bakıda 8 bina söküləcək – Bu küçələrdə yaşayanlara kompensasiya verilə bilər

Bakıda 8 bina söküləcək – Bu küçələrdə yaşayanlara kompensasiya verilə bilər


Bu gün, 18:39. Yazar: vasif
Bakıda 8 bina söküləcək – Bu küçələrdə yaşayanlara kompensasiya verilə bilər



Bakının Nizami rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş səkkiz yaşayış binasının sökülməsi planlaşdırılır.

Yenidənqurma işləri Elşən Süleymanov, Kamil Balakişiyev, Məmmədəli Şərifli və Rizvan Teymurov küçələrini, həmçinin Babək və Cəmşid Naxçıvanski prospektlərini əhatə edəcək.

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planına uyğun olaraq köhnə binaların sökülməsi, ərazilərin abadlaşdırılması və yeni yaşıllıq sahələrinin yaradılması nəzərdə tutulur.

Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, yaşayış sahələri üçün hər kvadratmetrə 2000–2800 manat, qeyri-yaşayış sahələri üçün isə 4000 manatadək kompensasiya nəzərdə tutula bilər.

Bildirilib ki, sökülməsi planlaşdırılan tikililərin əksəriyyəti yataqxana tipli binalardır. Layihə çərçivəsində sakinlərin köçürülməsi və boşaldılan ərazilərin bir hissəsində parkların salınması planlaşdırılır.

Kompensasiyanın yekun məbləği və köçürülmə şərtləri hər bir obyekt üzrə aparılacaq qiymətləndirmədən asılı olacaq.
Geri dön