Ana Sayfa > Siyasət > Qaradağ rayonunda YAP-ın VIII Qurultayının materiallarının öyrənilməsi ilə bağlı növbəti tədbir keçirilib

Qaradağ rayonunda YAP-ın VIII Qurultayının materiallarının öyrənilməsi ilə bağlı növbəti tədbir keçirilib


Bu gün, 10:28. Yazar: azer
Qaradağ rayonunda YAP-ın VIII Qurultayının materiallarının öyrənilməsi ilə bağlı növbəti tədbir keçirilib

Oktyabrın 26-da Qaradağ rayonu Səngəçal qəsəbəsindəki 222 №-li məktəbin akt zalında Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının ərazi partiya təşkilatlarının üzvlərinin və fəalların iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.

Tədbirdə YAP VIII Qurultayının nümayəndəsi, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Səngəçal qəsəbəsi, Mübariz İbrahimov küçəsi 224 (222 №-li tam orta məktəb) ərazi partiya təşkilatı, Səngəçal qəsəbəsi, Massiv 3 (331 №-li tam orta məktəb) ünvanı üzrə ərazi partiya təşkilatı, Səngəçal qəsəbəsi, Mübariz İbrahimov küçəsi 2 (Səngəçal Elektrik Stansiyası) ünvanı üzrə ərazi partiya təşkilatı, Ümid qəsəbəsi, 15-ci Ümid küçəsi 4 (294 №-li tam orta məktəb) ünvanı üzrə ərazi partiya təşkilatı, Ümid qəsəbəsi, 11-ci Ümid küçəsi (Qəsəbə icra nümayəndəliyi) ünvanı üzrə ərazi partiya təşkilatı, Çeyildağ qəsəbəsi, Şahin Qədirov küçəsi 67 (Qəsəbə icra nümayəndəliyi) ünvanı üzrə ərazi partiya təşkilatı, Çeyildağ qəsəbəsi, 2-ci Çeyildağ 30 (Cüzəm Xəstəxanası) ünvanı üzrə ərazi partiya təşkilatı, Korgöz qəsəbəsi, 30-cu Korgöz 34 (Korgöz İcra nümayəndəliyi) ünvanı üzrə ərazi partiya təşkilatı, Korgöz qəsəbəsi, 22-ci Korgöz 18 (197 №-li tam orta məktəb) ünvanı üzrə ərazi partiya təşkilatının üzvləri və fəalları iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra Bakı şəhəri 222 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Aynur Abdullayeva tədbiri açaraq oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı, Azərbaycan Prezidenti, YAP Sədri cənab İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn məsələlər barədə məlumat verib. Bildirib ki, dövlətimizin başçısı bu nitqində Azərbaycanın qəhrəmanlıqla dolu son dövr tarixini geniş təhlil etməklə yanaşı, yaxın perspektiv üçün qarşıda duran vəzifələrdən də ətraflı bəhs edib. Bu nitq yaxın gələcək üçün partiya üzvləri məsuliyyətini də özündə əks etdirib.
Tədbirdə çıxış edən YAP fəalı, 222 №-li məktəbin müəllimi Elşən İsmayılov partiyanın VIII Qurultayının ölkəmiz üçün xüsusi tarixi mərhələdə keçirildiyini və onun tarixi əhəmiyyət daşıdığını qeyd edib. Vurğulayıb ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultay olması onun siyasi əhəmiyyətini daha da artırır.
YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov tədbirdə çıxış edərək YAP Sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr, qurultay materiallarının ərazi partiya təşkilatlarında dərindən öyrənilməsi ilə fikirlərini bölüşüb.
İlqar İlyasov bildirib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi nitq ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nəticələrin aydın siyasi çərçivəsini müəyyən etməklə yanaşı, həmçinin ölkəmizin Vətən müharibəsindən sonra qədəm qoyduğu yeni mərhələdə qarşıya dayanan strateji vəzifələrin yol xəritəsini əks etdirir.
YAP rayon təşkilatının sədri vurğulayıb ki, bugünkü görüşün məqsədi cənab Prezidentin müəyyən etdiyi siyasi istiqamətlərin mahiyyətini dərindən dərk etmək və onların YAP Qaradağ rayon təşkilatının fəaliyyətində konkret şəkildə əks olunmasını təmin etmək, həyata keçirilməsi ilə əlaqədar hər bir ərazi partiya təşkilatının və üzvlərin vəzifələrini müəyyən etməkdir. İlqar İlyasov əmin olduğunu bildirib ki, YAP Qaradağ rayon təşkilatına daxil olan ərazi partiya təşkilatları və fəallar birlikdə həmin vəzifələrin həyata keçirilməsi üçün əzmlə çalışacaqlar.
Geri dön