Ana Sayfa > Dünya > “Hörmüz tamamilə bağlıdır və nəzarətimizdədir” - İranın Baş Qərargah rəisi
“Hörmüz tamamilə bağlıdır və nəzarətimizdədir” - İranın Baş Qərargah rəisiDünən, 23:44. Yazar: vasif |
![]() İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əli Abdullahi strateji dəniz dəhlizi olan Hörmüz boğazında gəmi hərəkəti ilə bağlı kəskin bəyanatla çıxış edib. “aia.az” xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Hörmüz boğazı sahilində yerləşən hərbi hissələrə baxış keçirən Abdullahi ABŞ Prezidenti Donald Trampın iddialarını təkzib edib: “ABŞ Prezidentinin mətbuat və təbliğat yolu ilə Hörmüzün açıq olduğu barədə irəli sürdüyü iddiaların əksinə olaraq, bu strateji su yolu tamamilə bağlıdır və İran Silahlı Qüvvələrinin tam nəzarəti altındadır. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru və Hərbi Dəniz Qüvvələri Fars körfəzi sahili, adalar və Hörmüz boğazı üzərində mütləq nəzarətə malikdir”. Abdullahi İranın müəyyənləşdirdiyi marşrutdan kənar keçid etməyə cəhd edən bütün gəmilərin öz təhlükəsizliklərini riskə atacağını və bu cür cəhdlər zamanı gəmilərə zərər dəyəcəyi barədə xəbərdarlıq edib: “Fars körfəzi, adalar, Hörmüz boğazı və Oman dənizi sahilində yerləşən hərbi birləşmələr əvvəlki dövrlərlə müqayisədə daha yüksək döyüş hazırlığı səviyyəsindədir və ən müasir texnika ilə təchiz olunub”. Geri dön |