Ana Sayfa > Gündəm / Siyasət > Hikmət Hacıyev Yaponiya ilə viza məsələsindən danışdı
Hikmət Hacıyev Yaponiya ilə viza məsələsindən danışdıBu gün, 18:48. Yazar: vasif |
![]() Azərbaycan Afrika ölkələri ilə əlaqələri genişləndirir. “aia.az”ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib. Hikmət Hacıyev Afrikadan olan ölkələrlə viza məsələsinin sadələşdirilə biləcəyini qeyd edib: “Biz bu təşəbüsləri səbirsizliklə gözləyirik. Şübhəsiz ki, bu iki tərəfli addımlardan asılı məsələdir”. O həmçinin bildirib ki, Azərbaycan Yaponiya vətəndaşları üçün 2027-ci ilin iyulunda başa çatacaq vizasız rejimin müddətini uzada bilər, eləcə də ölkə onun qarşılıqlı olmasını təklif edir: “Bir il müddətinə vizasız giriş imkanı tətbiq etmişik və bu rejimin uzadılmasını gözləyirik. Lakin hesab edirik ki, bu, qarşılıqlı olmalıdır, çünki bir çox Azərbaycan vətəndaşları da Yaponiyaya səfər etmək istəyərdi. İki ölkənin müvafiq qurumları və Xarici İşlər nazirlikləri tam qarşılıqlı vizasız rejimin tətbiqi məsələsi üzərində birgə işləyə bilərlər. Bu, turizm səfərlərini asanlaşdıracaq və mədəni proqramların genişləndirilməsinə töhfə verəcək”. Geri dön |