Ana Sayfa > Özəl > Obama Trampı ələ saldı: “Sanki Səddam Hüseyn Ağ Evdə restoran açıb”

Obama Trampı ələ saldı: “Sanki Səddam Hüseyn Ağ Evdə restoran açıb”


Dünən, 22:00. Yazar: vasif
Obama Trampı ələ saldı: “Sanki Səddam Hüseyn Ağ Evdə restoran açıb”


ABŞ-nin sabiq prezidenti Barak Obama Donald Trampın Ağ Evdə apardığı təmir və yenidənqurma işlərini sərt şəkildə tənqid edib.

“Associated Press”in məlumatına görə, Obama prezident iqamətgahında qızılı bəzəklərin həddindən artıq artırılmasını istehza ilə qarşılayıb.

“Hər tərəf qızıldır. Ağ Evi elə bir yerə çevirib ki, sanki Səddam Hüseyn orada ‘Cheesecake Factory’ restoranı açıb”, – deyə sabiq prezident bildirib.

Obama Trampın ölkədə qiymətlərin aşağı salınmasından daha çox Ağ Evin təmirinə diqqət yetirdiyini də iddia edib.

Qeyd edək ki, Trampın ikinci prezidentlik dövründə Ağ Evdə genişmiqyaslı dəyişikliklər həyata keçirilir. Prezident iqamətgahının interyerinə qızılı dekorasiyalar əlavə olunub, Qızılgül bağı yenilənib və böyük bal zalının tikintisi layihəsi gündəmə gətirilib.

Tramp isə yeni bal zalının möhkəm konstruksiyaya malik olacağını, hətta nüvə zərbəsinə davam gətirə biləcəyini iddia edib.
Geri dön