Ana Sayfa > Ölkə > Azad edilmiş ərazilərdə daha 164 mina aşkarlandı
Azad edilmiş ərazilərdə daha 164 mina aşkarlandıBu gün, 11:44. Yazar: Subhan |
![]() İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (19.10.2026-25.10.2026) məlumat açıqlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) aia.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 122 piyada əleyhinə mina, 42 tank əleyhinə mina, 526 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 997 hektar ərazi mina və PHS-lərdən təmizlənib. aia.az Geri dön |