Ana Sayfa > Özəl > Makrona ağır zərbə – Fransızların 83 faizi prezidentdən narazıdır
Makrona ağır zərbə – Fransızların 83 faizi prezidentdən narazıdırBu gün, 21:13. Yazar: vasif |
![]() Fransada hökumət əleyhinə etirazlar fonunda Prezident Emmanuel Makrona ictimai dəstəyin kəskin azaldığı bildirilir. CSA şirkətinin keçirdiyi rəy sorğusuna əsasən, Makronun fəaliyyətini bəyənənlərin göstəricisi son bir ayda 7 faiz bəndi azalaraq 17 faizə düşüb. Sorğuda iştirak edən 1000 yetkin fransızın 83 faizi isə prezidentin fəaliyyətindən narazı olduğunu bildirib. Bu, 2026-cı ilin əvvəlindən bəri qeydə alınan ən yüksək narazılıq göstəricisi kimi təqdim olunur. Məlumata görə, oktyabrın 17-də baş verən iğtişaşlardan sonra Makron öz siyasi müttəfiqlərinin də tənqidləri ilə üzləşib. Onlar prezidentin hadisələrə reaksiyasını və təhlükəsizlik tədbirlərini yetərli hesab etməyiblər. Baş nazir Sebastyan Lekornünün reytinqində də azalma qeydə alınıb. Onun fəaliyyətinə müsbət münasibət son bir ayda 5 faiz bəndi geriləyərək 22 faizə enib. Sorğunun nəticələri Fransada davam edən sosial və siyasi narazılıqlar fonunda açıqlanıb. Geri dön |