Ana Sayfa > Özəl > Tramp administrasiyasından gözlənilməz seçim – Orban BMT-yə rəhbər gətirilə bilər?
Tramp administrasiyasından gözlənilməz seçim – Orban BMT-yə rəhbər gətirilə bilər?Bu gün, 20:46. Yazar: vasif |
![]() ABŞ Prezidenti Donald Trampın administrasiyasının Macarıstanın keçmiş baş naziri Viktor Orbanı BMT Baş katibi vəzifəsinə mümkün namizəd kimi nəzərdən keçirdiyi iddia olunur. “The Wall Street Journal”ın mənbələrə istinadən yaydığı məlumata görə, Vaşinqton Orbanın namizədliyinin Rusiya və Çin tərəfindən də dəstəklənə biləcəyini düşünür. ABŞ Dövlət Departamentindəki mənbə Orbanın BMT Təhlükəsizlik Şurasının 15 üzvündən 10-nun dəstəyini qazanmaq potensialının olduğunu bildirib. Məlumata əsasən, əsas qeyri-müəyyənlik Böyük Britaniya və Fransanın belə bir namizədliyə münasibəti ilə bağlıdır. Hər iki ölkə Təhlükəsizlik Şurasında veto hüququna malikdir. Qeyd edək ki, hazırkı BMT Baş katibi Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatır. Yeni baş katib əvvəlcə Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında müəyyənləşdiriləcək, daha sonra isə BMT Baş Assambleyasında təyin olunacaq. Orbanın namizədliyi ilə bağlı hələlik rəsmi qərar açıqlanmayıb. Geri dön |