Ana Sayfa > Gündəm > Ermənistan cəbhəyə göndərdiyi hər əsgərə 10 min dollar vəd edir
Ermənistan cəbhəyə göndərdiyi hər əsgərə 10 min dollar vəd edir20-04-2017, 17:06. Yazar: admin |
Ermənistan Müdafiə Nazirliyi hərbi xidmətlə bağlı yeni təklif verib. Adalet.az bildirir ki, ictimai müzakirələrə çıxarılan təklif bir neçə proqramdan ibarətdir. Təklifə əsasən, təmas xəttinə göndəriləcək şəxslər orduda 3 il müddətində xidmət edəcəklər. Xidmətlərinin 6-cı ayından başlayaraq onlar 1+1+2 sisteminə keçəcəklər. Yəni 1 həftə evdə olacaqlar, 1 həftə döyüş növbəsinə hazırlıq keçəcəklər və 2 həftə ön xətdə xidmət edəcəklər. Bu qanun sayəsində erməni hərbçi 3 illik xidmətinin 7 ayını evində keçirəcək. 3 illik hərbi xidmət müddəti başa çatdıqdan sonra isə hərbçiyə 5 milyon dram (10 min dollar) pul ödəniləcək. Həmin pulu o yalnız 3 istiqamətdə - ev almağa, mini-ferma tikməyə, yaxud təhsilini davam etdirməyə xərcləyə bilər. AİA.az Geri dön |