Ana Sayfa > Ölkə > Daha bir yolayrıcında svetoforlar quraşdırıldı

Daha bir yolayrıcında svetoforlar quraşdırıldı


Bu gün, 10:12. Yazar: Subhan
Daha bir yolayrıcında svetoforlar quraşdırıldı

Paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan və Ağasadıq Gəraybəyli küçələrinin kəsişməsi artıq svetoforlarla tənzimlənir.

aia.az xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol kəsişməsində 3 ədəd "L" və 3 ədəd "A" tipli olmaqla, ümumilikdə 6 dirək üzərində nəqliyyat və piyada svetoforları quraşdırılıb.

Görülən işlər nəticəsində kəsişmədə nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin növbəliliyi təmin olunub, qəza riski aradan qaldırılıb.

aia.az
Geri dön