Ana Sayfa > Dünya > Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi -
Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi -Bu gün, 20:33. Yazar: vasif |
![]() Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib. “aia.az” xəbər verir ki, türk jurnalist Talat Atilla Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saralın vəzifədən ayrıldığını təsdiqlədiyini bildirib. Jurnalist bildirib ki, Sarala zəng edərək vəzifədən azad edilib-edilmədiyini soruşub: “Bəli. Postlarımızda daimi deyilik. Hörmətli Prezidentimiz məni vəzifəyə gətirdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”, - dedi. “Azərbaycanla bağlı açıqlamalarınıza görəmi?” deyə soruşdum. “Bəli, elə görünür”, – deyə cavab verdi. Ardınca bu ifadələri işlətdi: “Əsas olan Türkiyə Cümhuriyyətidir. Əsas olan hörmətli Prezidentimizın uğurudur”. Atillanın Azərbaycanla bağlı açıqlamalarının onun vəzifədən ayrılmasına səbəb olub-olmadığı barədə sualına isə Saral “Bəli, elə görünür” cavabını verib. Qeyd edək ki, bir neçə saat idi ki, Türkiyə KİV-də bu Saralın vəzifədən uzaqlaşdırılması ilə bağlı xəbərlər yayılırdı. Geri dön |