Ana Sayfa > Dünya > İran kürdlərinin Ərbildəki düşərgəsi vuruldu

İran kürdlərinin Ərbildəki düşərgəsi vuruldu


Bu gün, 11:00. Yazar: vasif
İran kürdlərinin Ərbildəki düşərgəsi vuruldu


İranın müxalifət Kürdüstan Fəhlə Partiyasının İraqın Ərbil əyalətindəki düşərgəsinə hücum edilib.

aia.az xəbər verir ki, məlumatı İraqın Shafaq News portalı təhlükəsizlik mənbəyinə istinadən yayıb.

Mənbənin sözlərinə görə, "hücum dron vasitəsilə həyata keçirilib". O, düşərgənin İran kürd müxalifət partiyasına məxsus olduğunu bildirib.

İtkilər və ya hücumun nəticələri barədə heç bir məlumat verilməyib.
Qeyd edək ki, oktyabrın 21-də təhlükəsizlik mənbələri Ərbilin şimal-şərqindəki İran kürd müxalifət düşərgəsinə raket zərbəsi endirildiyini bildirib.

İranın kürd müxalifət qrupları uzun illərdir ki, Şimali İraqda düşərgələr və bazalar saxlayırlar. Oktyabrın 20-də İranın Bağdaddakı səfiri Məhəmməd Kazem əs-Sadiq tərəflərin İran kürd müxalifət qruplarının üzvlərini İraq Kürdüstanından çıxarmaq və ya Tehrana təhvil vermək barədə razılığa gəldiyini açıqlayıb. O, razılaşmanın birgə təhlükəsizlik komissiyasının iclasında əldə edildiyini bildirib. İraq tərəfi bu razılaşmaları rəsmi olaraq təsdiqləməyib.

Son günlərdə İranın İraqla sərhəd bölgələrinə böyük hərbi qüvvələr cəmlədiyinə dair məlumatlar yayılır. Ehtimal olunur ki, İran ABŞ-ın dəstəyilə kürd silahlı qruplarının həmin ərazilərdən ölkəyə hücum edəcəyi variantına hazırlaşır.
Geri dön