Ana Sayfa > Dünya > Danimarka Qrenlandiyanı bizə verdi - Tramp

Danimarka Qrenlandiyanı bizə verdi - Tramp


Bu gün, 10:17. Yazar: vasif
Danimarka Qrenlandiyanı bizə verdi - Tramp


Danimarka hökuməti Qrenlandiyanı ABŞ-ın nəzarətinə verməyə razılaşıb.

aia.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Corciya ştatında keçirilən mitinqdə deyib: "Yeri gəlmişkən, Danimarka əla idi. Onlar bizə Qrenlandiyanı verdilər".

Tramp sentyabr ayında Danimarka və Qrenlandiyanın baş nazirləri Mette Frederiksen və Yens-Frederik Nilsenlə imzaladığı müqaviləyə istinad edərək vurğulayıb: "Bu, tarixə ən böyük daşınmaz əmlak müqaviləsi kimi düşəcək, bəlkə də Venesueladan sonra".

Xatırladaq ki, müqavilə adanın ərazi mənsubiyyətini dəyişmədənb, ABŞ-a orada hərbi təhlükəsizlik tədbirləri həyata keçirməyə şərait yaradır.

Tramp isə seçicilərə müqaviləni adanın ABŞ-a verilməsi kimi təqdim edib. Daha sonra o, Qrenlandiya və Venesuelaya istinad edərək deyib: "Biz onları demək olar ki, heç nəyə almışıq".
Geri dön