Ana Sayfa > İdman > Millimiz dünya çempionatına qələbə ilə başladı

Millimiz dünya çempionatına qələbə ilə başladı


Bu gün, 21:40. Yazar: vasif
Millimiz dünya çempionatına qələbə ilə başladı


Azərbaycan millisi Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalında mübarizəyə başlayıb.

“aia.az” AZƏRTAC-a istinadən xəbər verir ki, U-16 yığmamız Bakı Kristal Zalında Timor-Leste komandası ilə qarşılaşıb.

Görüş Famil Xəlilovun yetirmələrinin 6:0 hesablı böyük qələbəsi ilə başa çatıb. Millimizin heyətində Müşfiq Zamanov (2), Həsən Məmmədov (2), Yusif Əlizadə və Asif Allahverdizadə fərqləniblər.

Yığmamız növbəti görüşünü oktyabrın 24-də Andorra komandasına qarşı keçirəcək.

Qeyd edək ki, turnirin ilk oyunlarına oktyabrın 23-də start verilib. İlk dəfə keçirilən turnir FIFA-ya üzv 189 milli assosiasiyadan olan gənc futbol istedadlarını Bakıda bir araya gətirir.
Geri dön