Ana Sayfa > Dünya > Zelenskidən sensasion açıqlama: “Hazırıq! Yoxsa bizi yeyib qurtaracaqlar”
Zelenskidən sensasion açıqlama: “Hazırıq! Yoxsa bizi yeyib qurtaracaqlar”Bu gün, 12:54. Yazar: vasif |
![]() Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibənin mövcud cəbhə xətti boyunca dondurulmasına və sülh sazişinin dərhal imzalanmasına hazır olduğunu bəyan edib. Lakin o, bunun üçün Ukraynanın əlavə ərazilərdən imtina etməyəcəyini vurğulayıb. aia.az xəbər verir ki, Zelenski bu barədə ABC News-a müsahibəsində danışıb. “Biz bu müharibəni ən qısa zamanda dayandırmağa hazırıq”, – deyə Ukrayna lideri bildirib. Zelenski Rusiyanın Ukrayna ərazisinin 25 faizinə nəzarət etməsi şərti ilə razılaşmanın mümkünlüyü barədə suala cavabında Moskvanın hazırda ölkə ərazisinin 19,3 faizinə nəzarət etdiyini söyləyib. “Onlar ərazimizin 25 faizini işğal etməyiblər. Bu rəqəmdən danışmaq bizim Donbasdan könüllü çəkilməyimiz deməkdir. Biz buna razı ola bilmərik”, – deyə prezident vurğulayıb. Ukrayna lideri işğal altındakı ərazilərin Rusiyaya məxsusluğunun hüquqi baxımdan tanınmasını da qətiyyətlə rədd edib. "Əlbəttə ki, biz buna razı olmayacağıq. Müvəqqəti işğal olunmuş ərazinin Rusiyaya məxsus olması ilə bağlı təkliflər eşitmişəm", - deyə o əlavə edib. Zelenski ölkəsinin hazırkı şəraitdə zəif rəhbərliyə dözə bilməyəcəyini də bildirib: “Ukrayna sağ qalmaq istəyirsə, güclü orduya, güclü prezidentə və güclü xalqa ehtiyacı var. Mənə edilən istənilən təzyiqə cavab verəcəyəm. Əks halda, bizi yeyib qurtaracaqlar”. Geri dön |