Ana Sayfa > Gündəm / Manşet > 728 milyonluq vergi borcu silinib
728 milyonluq vergi borcu silinib20-04-2017, 16:07. Yazar: admin |
2017-ci ilin 1 yanvar tarixinə 39 880 vergi ödəyicisinin dövlət büdcəsinə 1 409 370,7 min manat, 1 aprel 2017-ci il tarixə isə 41 352 vergi ödəyicisinin 1 016 626 min manat məbləğində vergi borcu olub. AİA.az-ın Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, cari ilin I rübü ərzində 35 542 sayda vergi ödəyicisinin 251 086,4 min manat məbləğində borcu yaranıb, 34 070 sayda vergi ödəyicisinin 643 831,1 min manat məbləğində borcu ləğv edilib. Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanuna uyğun olaraq, 69 329 vergi ödəyicisinin 728,083 mln. manat məbləğində borcu qeyd-şərtsiz olaraq silinib. Bundan əlavə, Qanunun 2.2-ci və 3-cü maddələrinə əsasən, bu ilin yanvar-mart ayları ərzində edilmiş 8 013,1 min manat ödəniş müqabilində 4 428 vergi ödəyicisinin 1 yanvar 2017-ci il tarixə olan maliyyə sanksiyaları üzrə borclarının 13,761 mln. manatı silinib. AİA.az Geri dön |