Ana Sayfa > Özəl > İsraildən genişmiqyaslı hərbi əməliyyat anonsu – Sakinlər təxliyə ediləcək

İsraildən genişmiqyaslı hərbi əməliyyat anonsu – Sakinlər təxliyə ediləcək


Dünən, 22:16. Yazar: vasif
İsraildən genişmiqyaslı hərbi əməliyyat anonsu – Sakinlər təxliyə ediləcək




İsrail İordan çayının qərb sahilində 1967-ci ildən bəri ən böyük hərbi əməliyyatı həyata keçirməyə hazırlaşdığını açıqlayıb.

“The Times of Israel”in məlumatına görə, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bəyanat verib.

Netanyahu bildirib ki, əməliyyat zamanı sakinlərin təxliyəsi, yaşayış məntəqələrində axtarışların aparılması və silahların müsadirəsi nəzərdə tutulur.

“Sakinləri təxliyə edəcəyik, ev-ev axtarış aparacağıq, ərazidəki silahları müsadirə edəcəyik”, – deyə baş nazir bildirib.

İsrail hökumətinin rəhbəri əməliyyatın əsas məqsədinin bölgədə fəaliyyət göstərən silahlı qruplaşmaların infrastrukturunu sıradan çıxarmaq olduğunu vurğulayıb.

Hərbi əməliyyatın dəqiq başlanma tarixi hələ açıqlanmayıb. Təxliyənin hansı əraziləri və nə qədər sakini əhatə edəcəyi barədə də məlumat verilməyib.
Geri dön