Ana Sayfa > Özəl > Rusiya ilə Ukrayna arasında mühüm razılaşma – Atəşkəs və təxliyə gündəmdə

Rusiya ilə Ukrayna arasında mühüm razılaşma – Atəşkəs və təxliyə gündəmdə


Dünən, 22:04. Yazar: vasif
Rusiya ilə Ukrayna arasında mühüm razılaşma – Atəşkəs və təxliyə gündəmdə


Rusiya və Ukrayna arasında Xerson vilayətinin Oleşki şəhərində humanitar əməliyyatın həyata keçirilməsi ilə bağlı razılıq əldə olunduğu açıqlanıb.

Bu barədə Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitro Lubinets məlumat verib.

Ombudsmanın sözlərinə görə, razılaşma üç əsas mərhələni əhatə edir: müvəqqəti atəşkəs rejiminin təmin edilməsi, şəhərə humanitar yardımın çatdırılması və mülki şəxslərin təhlükəsiz təxliyəsi.

Lubinets əməliyyatın mürəkkəb olduğunu və mərhələli şəkildə həyata keçiriləcəyini bildirib. O, humanitar missiyanın nəticələri barədə ictimaiyyətə müntəzəm məlumat veriləcəyini vurğulayıb.

Ukraynalı ombudsman danışıqlarda şəxsən iştirak etdiyini açıqlayıb. O, prosesdəki səylərinə görə ABŞ-nin birinci xanımı Melaniya Trampa və komandasına təşəkkür edib.

Qeyd edək ki, söhbət Oleşki şəhəri üzrə humanitar razılaşmadan gedir. Bu, Rusiya ilə Ukrayna arasında bütün cəbhə boyu atəşkəsin əldə edilməsi və ya müharibənin başa çatması demək deyil.
Geri dön