Ana Sayfa > İqtisadiyyat > Azərbaycanda zərgərlik sahəsində yeni dövlət standartları qəbul edilib

Azərbaycanda zərgərlik sahəsində yeni dövlət standartları qəbul edilib


Dünən, 21:44. Yazar: vasif
Azərbaycanda zərgərlik sahəsində yeni dövlət standartları qəbul edilib

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS 1018:2026 (ГОСТ 6836-2002) "Gümüş və gümüş əsaslı ərintilər. Markalar" və AZS 1019:2026 (ГОСТ 13498-2010) "Platin və platin əsaslı ərintilər. Markalar" adlı yeni dövlət standartlarını qəbul edib.
aia.az AZSTAND-a istinadən xəbər verir ki, yeni standartların qəbul edilməsində əsas məqsəd gümüşdən və platindən hazırlanan məhsulların kimyəvi tərkibinin və saflıq dərəcəsinin müəyyən edilməsi və markalanmasında vahid yanaşmanı təmin etməkdir.

Onlar Agentliyin tabeliyində olan "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-nin bazasında fəaliyyət göstərən "Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırılma üzrə Texniki Komitənin (AZSTAND/TK 36) təqdimatı əsasında qəbul olunaraq Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Geri dön