Ana Sayfa > Dünya / Karusel > Erməni ailənin gəlini: "O tərbiyəsiz ailəyə divan tutacağam" - FOTO

Erməni ailənin gəlini: "O tərbiyəsiz ailəyə divan tutacağam" - FOTO


20-04-2017, 15:45. Yazar: admin
Erməni ailənin gəlini: "O tərbiyəsiz ailəyə divan tutacağam" - FOTO


Onlar məni hər məqamda, hər fürsətdə aşağılamağa, ailəmi dağıtmağa çalışırlar. Ərimin qulağını doldururlar ki, bisavadam, tərbiyəsizəm, əxlaqsızam. Bu tərbiyəsiz ailəyə yerini göstərəcəyəm, onlara divan tutacağam.
Milli.Az TMZ-yə istinadən bildirir ki, amerikalı model, 28 yaşlı Blək Çayna əri Rob Kardaşyanı ondan boşatdırmaq istəyənlərin olduğunu deyib. ABŞ-ın ən məşhur realiti-şou ulduzlarından biri, pornoqrafik videoları yayılandan sonra populyarlaşan Kim Kardaşyan, habelə onun bacıları Kayli və Kortninin əsas rollarda olduqları "of Keeping Up With The Kardashians" realiti-şousuna qatlımış Blək Çayna belə deyib.

E! telekanalında nümayiş olunan şounun ötən buraxılışında böyük qalmaqal yaşanıb.

Kim, Kortni və Kayli Kardaşyanlar qardaşları Robdan tələb ediblər ki, Blək Çaynadan ayrılsın. Onların sözlərinə görə, Blək Çayna "Kardaşyan ailəsinin hesabına məşhurlaşmaq istəyir": "Bu qadın tərbiyənin və əxlaqın nə olduğunu bilmir".

Kardaşyanların açıqlamaları Blək Çaynanı çox sinirləndirib.

O, "ailəni yerində oturdacağını" vəd edib.

AİA.az
Geri dön