Ana Sayfa > Özəl > Azərbaycanla Hindistan arasında yeni mərhələ
Azərbaycanla Hindistan arasında yeni mərhələDünən, 22:00. Yazar: vasif |
![]() Prezident İlham Əliyevin oktyabrın 23-də Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul etməsi iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm hadisədir. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva səsləndirib. Onun sözlərinə görə, son aylarda intensivləşən diplomatik təmaslar Bakı ilə Yeni Dehli arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır. Deputat bildirib ki, Hindistanın Ermənistanla hərbi-texniki əməkdaşlığı Azərbaycan üçün narahatlıq doğuran məsələlərdən biridir. Bununla belə, mövcud fikir ayrılıqlarının aradan qaldırılması üçün birbaşa siyasi dialoq vacibdir. Sevinc Fətəliyeva iqtisadi əlaqələrə də toxunaraq Hindistan şirkətlərinin Azərbaycanın enerji layihələrində iştirakını xatırladıb. Onun sözlərinə görə, Hindistanın “UFlex Limited” şirkəti ilə Azərbaycan Biznesinin İnkişafı Fondu arasında Ələt Azad İqtisadi Zonasında 117,7 milyon dollarlıq birgə istehsal layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Millət vəkili nəqliyyat, logistika, rəqəmsal texnologiyalar və turizm sahələrində də geniş əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb. Deputat hesab edir ki, Prezident İlham Əliyevlə Hindistanın xarici işlər nazirinin görüşü iki ölkə arasında münasibətlərin daha fəal mərhələyə keçməsi üçün mühüm siyasi mesajdır. Geri dön |