Ana Sayfa > Özəl > Azərbaycanda daha bir məşhur tiktoker həbs edildi – Səbəbi açıqlandı
Azərbaycanda daha bir məşhur tiktoker həbs edildi – Səbəbi açıqlandıBu gün, 21:18. Yazar: vasif |
![]() Azərbaycanda “TikTok” sosial şəbəkəsində canlı yayım zamanı qeyri-etik ifadələr işlədən daha bir şəxs inzibati qaydada həbs olunub. Məlumata görə, “İsican” ləqəbi ilə tanınan, 2001-ci il təvəllüdlü İsa Quliyev canlı yayımda söyüş ifadələri səsləndirdiyinə görə polis tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə inzibati xəta haqqında iş başlanılıb. Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə İsa Quliyevə 15 sutka inzibati həbs cəzası verilib. Qeyd edək ki, sözügedən maddə internetdə ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərə görə məsuliyyət nəzərdə tutur. Geri dön |