Ana Sayfa > Ölkə > Yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək -
Yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək -Bu gün, 16:15. Yazar: Subhan |
![]() Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə aia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Yağıntılarla əlaqədar bəzi çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. aia.az Geri dön |