Ana Sayfa > Özəl > İsrail Səudiyyə Ərəbistanına kəşfiyyat məlumatları ötürür
İsrail Səudiyyə Ərəbistanına kəşfiyyat məlumatları ötürürBu gün, 19:00. Yazar: vasif |
![]() İsrail ordusu ABŞ-ın vasitəçiliyi ilə Səudiyyə Ərəbistanına Yəməndəki üsyançı "Ənsar Allah" (husilər) hərəkatına qarşı hərbi əməliyyatlarda istifadə olunacaq mühüm kəşfiyyat məlumatları təqdim edir. Məlumata görə, İsrail Müdafiə Qüvvələri tərəfindən toplanan Strateji məlumatlar Amerika tərəfi vasitəsilə Ər-Riyada çatdırılır. Bu addım vasitəsilə İsrail rəhbərliyi gələcəkdə özünə qarşı təhdid yarada biləcək qarşı tərəfin döyüş potensialını zəiflətməyi və regionda tətbiq olunan hərbi taktikaları təhlil etməyi hədəfləyir. Qeyd olunur ki, Yaxın Şərqin digər ölkələri də Səudiyyə Ərəbistanının husilərə karşı apardığı əməliyyatları yaxından izləyir. Bu dövlətlər oxşar silahlı qruplaşmaların gələcəkdə onların da təhlükəsizliyinə təhdid yarada biləcəyindən narahatdırlar. Geri dön |