Ana Sayfa > Özəl > Marko Rubio 2028-ci il prezident seçkilərində iştirak edəcək?

Marko Rubio 2028-ci il prezident seçkilərində iştirak edəcək?


Bu gün, 18:18. Yazar: vasif
Marko Rubio 2028-ci il prezident seçkilərində iştirak edəcək?



ABŞ Dövlət Katibi və Prezident Donald Trampın milli təhlükəsizlik müşaviri Marko Rubio növbəti prezident seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı sualdan yayınmısız cavab verib. M.Rubio hazırda iki mühüm vəzifə daşıdığını və bütün diqqətini bu işlərə yönəltdiyini bildirib.

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək. Konstitusiyaya əsasən, Donald Tramp artıq ikinci müddətini icra etdiyi üçün yenidən namizəd ola bilməz.

Ekspertlər və media respublikaçılar cəbhəsindən ən şanslı namizədlər kimi Marko Rubio və Vitse-prezident C.D. Vensin adını çəkir. Donald Tramp da əvvəlki çıxışlarında bu iki siyasətçinin tandemini 2028-ci il seçkiləri üçün ən güclü namizəd cütlüyü adlandırmışdı. C.D. Vens də öz növbəsində namizədlik ehtimalını istisna etməyib.
Geri dön