Ana Sayfa > Siyasət > YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatında VIII Qurultayın vəzifələrinin yerinə yetirilməsi istiqamətində fikir mübadiləsi aparılıb

YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatında VIII Qurultayın vəzifələrinin yerinə yetirilməsi istiqamətində fikir mübadiləsi aparılıb


Bu gün, 11:56. Yazar: azer
YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatında VIII Qurultayın vəzifələrinin yerinə yetirilməsi istiqamətində fikir mübadiləsi aparılıb

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “N.Nərimanov küçəsi 93” ünvanı üzrə Ərazi Partiya Təşkilatında Prezident və Partiyanın sədri cənab İlham Əliyevin VIII Qurultayda müəyyənləşdirdiyi strateji hədəflər və gələcək fəaliyyətin əsas istiqamətləri ilə bağlı partiya üzvləri ilə növbəti görüş keçirilib.

aia.az xəbər verir ki, görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Anar Abbasov ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, milli maraqların qorunması, azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinin əhəmiyyəti və cəmiyyətin həmrəyliyinin möhkəmləndirilməsi məsələlərinə toxunub. Eyni zamanda, dövlətimizin uğurlarının təbliği, vətəndaşlarla əlaqələrin genişləndirilməsi və informasiya mühitində milli maraqlara uyğun mövqenin qorunması vacib istiqamətlər kimi qeyd edilib.

Görüşdə həmçinin ƏPT sədri Vilayət Əliyev çıxış edərək partiya üzvlərinin qarşıya qoyulan məqsədlərin reallaşdırılmasında fəal iştirakının, təşəbbüslərin artırılmasının və qurultayda səsləndirilən çağırışların əməli fəaliyyətdə əsas tutulmasının əhəmiyyətini vurğulayıb.
Geri dön