Ana Sayfa > Parlament > Zahid Oruc:
Zahid Oruc:Bu gün, 11:26. Yazar: Subhan |
![]() “Azərbaycanın dünyəvi dövlət quruluşunu qorumaq heç bir xalqın dininə və məzhəbinə qarşı olmaq demək deyil. İnancımız fərqli ola bilər, lakin hamımızın bir ortaq vətəni və bir qalib dövləti var – Azərbaycan”. aia.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin iclasında çıxışı zamanı deyib. Deputat bildirib ki, Azərbaycan xalqının tarix boyu əsas milli ideyası etnik kimliyini qorumaq və müstəqil dövlət qurmaq olub. Azərbaycanı yalnız müxtəlif imperiyalar arasında hüquqsuz vəziyyətdə yaşamış toplum kimi təqdim etmək xalqın zəngin tarixinə və dövlətçilik ənənələrinə kölgə salmaqdır. Zahid Oruc vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlət quruluşunun formalaşmasında mühüm rol oynayıb və ölkənin konstitusion modelini qonşu dövlətlərin təcrübəsini olduğu kimi təkrarlamadan müəyyənləşdirib. O, Heydər Əliyevin azərbaycanlı kimliyini ön plana çıxaran siyasi xəttinin ölkədə müxtəlif etnik və dini mənsubiyyətə malik insanları vahid dövlət ətrafında birləşdirdiyini bildirib. Deputat 44 günlük Vətən müharibəsində qazanılan qələbənin də milli birliyin və dövlətçilik gücünün göstəricisi olduğunu söyləyib. Onun fikrincə, Qarabağ zəfəri Azərbaycanın təkcə hərbi qüdrətini deyil, milli dövlət quruluşunun möhkəmliyini də nümayiş etdirib: “Azərbaycanın suverenliyinin qorunması üçün milli kimliyə və dünyəvi dövlət modelinə sahib çıxmaq vacibdir. Fərqli dini inanclara və məzhəblərə mənsub insanların ortaq vətəni Azərbaycandır”. aia.az Geri dön |