Ana Sayfa > Gündəm / Karusel > Novruz Məmmədov amerikalı siyasətçinin üzr istəməsini tələb edir

Novruz Məmmədov amerikalı siyasətçinin üzr istəməsini tələb edir


20-04-2017, 15:21. Yazar: admin
Novruz Məmmədov amerikalı siyasətçinin üzr istəməsini tələb edir



Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov haqqında yalan məlumatlar yayan amerikalı siyasətçinin ondan üzr istəməsini tələb edib.

Bu barədə “Twitter” səhifəsində yazan PA rəsmisi “Trampa qarşı demokratik koalisiya”nın direktorlarından biri olan Skott Dvorkinə müraciət edib:

“Mən bir müddət gözlədim və fikirləşdim ki, vicdanınız sizə yalan və böhtan yaydığınızı və ən azından üzr istəmək lazım olduğunu deyəcək. Amma görürəm ki, yalan yaymaq sizin gündəlik işinizdir. Sizin yaydığınız məlumat haqqında təklifim budur. Əgər siz mənim ABŞ-da iki kondominiuma sahib olduğumu sübut edə bilsəniz, mən onlardan birini sizə hədiyyə edəcəyəm. Əks təqdirdə, əgər sizin şərəf və ləyaqətiniz varsa, üzr istəməlisiniz”.


AİA.az
Geri dön