Ana Sayfa > İdman > “Araz-Naxçıvan” “Qəbələ”yə, “Sumqayıt” “Zirə”yə qarşı
“Araz-Naxçıvan” “Qəbələ”yə, “Sumqayıt” “Zirə”yə qarşıBu gün, 10:03. Yazar: Subhan |
![]() Misli Premyer Liqasında IX tura bu gün start veriləcək. aia.az xəbər verir ki, birinci oyun günündə iki qarşılaşma baş tutacaq. İlk olaraq “Araz-Naxçıvan” Şamaxıda “Qəbələ”ni qəbul edəcək. Görüş saat 15:00-da start götürəcək. Qonaqlar 4 xalla 10-cu, Naxçıvan təmsilçisi 2 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb. Günün ikinci görüşündə “Sumqayıt” “Zirə”nin qonağı olacaq. Bu oyun saat 19:00-da başlayacaq. Paytaxt klubu 12 xalla 6-cı, “kimyaçılar” 8 xalla 8-ci yerdədir. Misli Premyer Liqası I dövrə, IX tur 23 oktyabr 15:00. “Araz-Naxçıvan” – “Qəbələ” Hakimlər: Əkbər Əhmədov, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Fərid Hacıyev. VAR: Nicat İsmayıllı. AVAR: Tərlan Talıbzadə. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: İlham Əliyev. Şamaxı şəhər stadionu 19:00. “Zirə” – “Sumqayıt” Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, İslam Məmmədov. VAR: Kamal Umudlu. AVAR: Zöhrab Abbasov. Hakim-inspektor: Şahin Cəfərov. AFFA nümayəndəsi: Elgiz Abbasov. Zirə İdman Kompleksinin stadionu Xatırladaq ki, Azərbaycan Premyer Liqasında IX tura oktyabrın 25-də yekun vurulacaq. aia.az Geri dön |