Ana Sayfa > Karusel / Ölkə > 10 yaşlı uşağa təcavüz edən "Akula Akif":

10 yaşlı uşağa təcavüz edən "Akula Akif":


Bu gün, 09:56. Yazar: Subhan
10 yaşlı uşağa təcavüz edən "Akula Akif":

Abşeron rayonunun Xırdalan şəhərində 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz edib.

aia.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, hadisə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki mənzillərdən birində baş verib. "Akula Akif" ləqəbi ilə tanınan Akif Məmmədov (soyad şərtidir - red.) yaşadığı küçədə dəmir yığmaqla məşğul olub. O, bir müddət əvvəl tanıdığı qonşusu, 2016-cı il təvəllüdlü oğlana partlayıcı protexniki vasitə verəcəyini bildirib və bu adla uşağı evə apararaq, qapını açarla bağlayıb. Akif əvvəlcə azyaşlıya qarşı seksual xarakterli hərəkətlər, daha sonra təcavüz edib.

Həmin vaxt uşağın anasının oğlunu axtarmasından xəbər tutan Akif onu evdən buraxıb. Azyaşlının valideynləri hadisə ilə bağlı polisə məlumat veriblər. A.Məmmədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Məhkəmə istintaqı zamanı Akif öncə hadisəni boynuna almasa da, sonradan içkili vəziyyətdə olduğunu bildirərək hadisəni etiraf edib: "Cinlərlə savaşırdım, onlar mənim gözümə görünür, mənimlə danışır və narahat edirlər. Özüm dinlə məşğul oluram. Cinlərlə 2017-ci ildən danışıram.

Bu söhbət indi də davam edir və məni çox narahat edir. İçki içib-içməməyimdən asılı olmayaraq, onlar gözümə görünür. Mənə deyirdilər ki, iç, düzələcəksən, amma heç bir xeyri olmadı. Hadisə günü də spirtli içki qəbul etmişdim. Sərxoş olduğum üçün heç nəyi xatırlamıram, cinlər məni yoldan çıxardı".

Məhkəmənin hökmü ilə Akif Məmmədov 17 il azadlıqdan məhrum edilib.

aia.az
Geri dön