Ana Sayfa > Manşet / Dünya > Tibetdəki güclü zəlzələdə 16 nəfər öldü -

Tibetdəki güclü zəlzələdə 16 nəfər öldü -


Bu gün, 09:10. Yazar: Subhan
Tibetdəki güclü zəlzələdə 16 nəfər öldü -

Çinin Tibet Muxtar Bölgəsində baş verən 7 bal gücündə zəlzələ nəticəsində azı 16 nəfər həlak olub, 32 nəfər yaralanıb. Təbii fəlakət nəticəsində 300-dən çox ev dağılıb.

aia.az xəbər verir ki, “Xinhua” agentliyinin məlumatına görə, zəlzələnin episentri Tibet Muxtar Bölgəsinin Nakçu prefekturasının Baçen qraflığında yerləşib.

Yaralılardan 11-nin vəziyyəti ağırdır, 21 nəfər isə yüngül xəsarətlərlə xəstəxanalarda müalicə alır. Fəlakət bölgəsinə 300 polis əməkdaşı, 347 yanğınsöndürən və xilasedici göndərilib. Axtarış-xilasetmə əməliyyatları davam edir və ölənlərin sayının artacağı istisna edilmir.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin ocağı təxminən 10 kilometr dərinlikdə yerləşib. Çin Zəlzələ Şəbəkələri Mərkəzi də yeraltı təkanların gücünün 7 bal olduğunu təsdiqləyib.

Qeyd edək ki, 2025-ci ilin yanvarında Tibetin Şiqatsi prefekturasının Tinqri qraflığında baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində 120 nəfər həyatını itirmişdi.

***

“Reuters”in məlumatına görə, Çinin Tibet bölgəsinin cənub-qərbində baş verən 7 bal gücündə zəlzələ nəticəsində xəsarət alanların sayı 65-ə çatıb.

aia.az
Geri dön