Ana Sayfa > İdman > "Neftçi" azarkeşlərinin gözlədiyi xəbər gəldi
"Neftçi" azarkeşlərinin gözlədiyi xəbər gəldiDünən, 22:20. Yazar: azer |
![]() “Sabah” və “Qarabağ”la oyunların ardından “Neftçi”ni bu dəfə daha bir iddialı rəqiblə ağır sınaq gözləyir. “Ağ-qaralar” Premyer Liqanın 9-cu turunda doğma meydanda “Turan Tovuz”u qəbul edəcək. Qarşılaşma öncəsi Bakı təmsilçisinin azarkeşlərini ən çox narahat edən məqam qapı mövqeyi ilə bağlıdır. Əsas qapıçı Emil Balayev xəstələndiyi üçün “Qarabağ”la son görüşü buraxmışdı. Onu əvəzləyən Rza Cəfərov isə buraxılan qollardakı səhvləri ilə diqqət çəkmişdi. Bəs Balayev “Turan Tovuz”la oyuna hazır ola biləcəkmi? “Neftçi” azarkeşləri rahat nəfəs ala bilər. Təcrübəli qapıçının səhhətində hər hansı problem yoxdur. O, artıq tam sağalıb və bir neçə gündür komanda ilə birgə məşqlərdə iştirak edir. “Turan Tovuz”la qarşılaşmada yenidən start heyətində yer alacaq. “Neftçi” - “Turan Tovuz” görüşü 24 oktyabr, saat 19:00-da start götürəcək. (sportinfo.az) Geri dön |