Ana Sayfa > Ölkə > Şəhər daha da yüklənəcəkmi? - Bakıda yeni mikrorayon salınmasına REAKSİYA
Şəhər daha da yüklənəcəkmi? - Bakıda yeni mikrorayon salınmasına REAKSİYADünən, 23:05. Yazar: vasif |
![]() Bakıda 10-cu mikrorayon yaradıla bilər. Bildirilir ki, yeni mikrorayon Cəfər Xəndan küçəsində 7 və 8-ci mikrorayon arasında ola bilər. Yeni mikrorayonun salınması ilə bağlı məlumat şəhərin bu hissəsinin gələcək inkişafını gündəmə gətirib. İqtisadçı Natiq Cəfərli bu ideyanı məntiqli hesab edir. O, Musavat.com-a şərhində bildirib ki, yeni mikrorayonun salınması ölkənin tikinti bazarını canlandırmaq, tikilən evlərin sayını artırmaq və qiymətləri tənzimləmək nöqteyi-nəzərindən yaxşıdır: “Amma bu, Bakı şəhərinin həddindən artıq yüklənməsinə səbəb olacaqmı? Bakı şəhərinin infrastrukturu buna imkan verəcəkmi? Bütün bu suallara da cavab tapılmalıdır. Digər tərəfdən, bu tipli iri layihələr və cəlbedici layihələri regionlarda niyə edə bilmirik? Bu sualın da cavabı tapılmalıdır. Niyə Bakı hələ də iqtisadi və sosial həyatın mərkəzidir? Regionların iqtisadi inkişafı və strukturu buna niyə imkan vermir? Bu suallar da ciddi cavab və müzakirə tələb edir. İstənilən halda tikinti multiplikativ effektə malik olan sahədir. Tikintinin inkişafı iqtisadi inkişafa yardım göstərən əsas sahələrdən biridir”. Geri dön |