Ana Sayfa > İdman > Fəridə Lüftəliyeva UEFA-dan təyinat aldı

Fəridə Lüftəliyeva UEFA-dan təyinat aldı


Dünən, 22:30. Yazar: vasif
Fəridə Lüftəliyeva UEFA-dan təyinat aldı


Azərbaycanın qadın FIFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb.
aia.az xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib.

O, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq.

Fəridə Lüftəliyeva oktyabrın 25-də Uels - Lüksemburq, oktyabrın 31-də isə Lüksemburq - Gürcüstan qarşılaşmalarını idarə edəcək.

Bundan əlavə, referi oktyabrın 28-də Uels - Gürcüstan oyununda dördüncü hakim olacaq.

Günlürə Əkbərzadə isə hər üç oyunda köməkçi hakim funksiyasını yerinə yetirəcək.
Geri dön