Ana Sayfa > Özəl > YAP-ın VIII Qurultayından itirəli gələn məsələlərlə bağlı YAP Mingəçevir şəhər təşkilatında görüşlər davam etdirilir

YAP-ın VIII Qurultayından itirəli gələn məsələlərlə bağlı YAP Mingəçevir şəhər təşkilatında görüşlər davam etdirilir


Bu gün, 14:00. Yazar: azer
YAP-ın VIII Qurultayından itirəli gələn məsələlərlə bağlı YAP Mingəçevir şəhər təşkilatında görüşlər davam etdirilir

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Mingəçevir şəhər təşkilatının ərazi partiya təşkilatlarında silsilə görüşlər davam etdirilir.

Bu çərçivədə 65 saylı ərazi partiya təşkilatında ("Qədiroğlu" MMC) keçirilən görüşdə qurultayda müəyyənləşdirilmiş vəzifələr, qarşıda duran hədəflər və partiyanın gələcək fəaliyyət istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüş zamanı Prezident İlham Əliyevin nitqində əksini tapan mühüm məqamların əhəmiyyəti diqqətə çatdırılıb, partiya üzvlərinin qarşısında duran vəzifələr, təşkilati fəaliyyətin daha da təkmilləşdirilməsi və qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Görüş iştirakçıları qurultaydan irəli gələn tapşırıq və tövsiyələrin fəaliyyətlərində əsas istiqamət kimi rəhbər tutulmasının vacibliyini vurğulayıblar.
Geri dön