Ana Sayfa > Özəl > Paşinyandan sülh sazişi ilə bağlı gözlənilməz dönüş – 2031-ci ili gözləməyəcək

Paşinyandan sülh sazişi ilə bağlı gözlənilməz dönüş – 2031-ci ili gözləməyəcək


Dünən, 22:00. Yazar: vasif
Paşinyandan sülh sazişi ilə bağlı gözlənilməz dönüş – 2031-ci ili gözləməyəcək



Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanma müddəti barədə yeni açıqlama verib.

Paşinyan bildirib ki, Ermənistan sülh sazişinin imzalanmasını 2029-cu və ya 2031-ci ilə qədər təxirə salmağı planlaşdırmır.

“Bizim vəzifəmiz sülh sazişini mümkün qədər tez imzalamaqdır. Onu 2031-ci ilə, hətta 2029-cu ilə qədər təxirə salmaq planlarımıza daxil deyil. Bu, sadəcə müəyyən zaman tələb edən prosesdir”, – deyə baş nazir vurğulayıb.

Qeyd edək ki, Paşinyanın əvvəlki açıqlamalarında 2031-ci il müddətinin gündəmə gəlməsi müzakirələrə səbəb olmuşdu.

Ermənistan rəhbərinin son bəyanatı isə İrəvanın sülh müqaviləsini daha erkən imzalamağa hazır olduğu mesajı kimi qiymətləndirilə bilər.

Bununla belə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağı konkret tarix hələ açıqlanmayıb.
Geri dön