Ana Sayfa > Özəl > Tramp Atlantik okeanına öz adını vermək istədi – Google rəhbərindən gözlənilməz cavab
Tramp Atlantik okeanına öz adını vermək istədi – Google rəhbərindən gözlənilməz cavabBu gün, 21:29. Yazar: vasif |
![]() ABŞ Prezidenti Donald Tramp Atlantik okeanının adının “Tramp Okeanı” olaraq dəyişdirilməsi ideyasını irəli sürdüyünü açıqlayıb. Tramp Cənubi Karolinada tərəfdarları qarşısında çıxışı zamanı bu məsələ ilə bağlı Google-un baş direktoru Sundar Piçai ilə danışdığını bildirib. ABŞ prezidentinin sözlərinə görə, Piçai təklifə müsbət yanaşmayıb və okeanın bir çox ölkə ilə əlaqəli olduğunu əsas gətirərək ad dəyişikliyindən imtina edib. “O mənə dedi ki, xahiş edirəm, bizdən bunu istəməyin. Ona görə də yəqin ki, bu fikirdən imtina edəcəyəm”, – deyə Tramp danışığı təsvir edib. Daha sonra ABŞ lideri mövzunu zarafatla davam etdirərək Atlantik və Sakit okeanların adlarının dəyişdirilməsinə Avropanın necə reaksiya verəcəyini soruşub. Qeyd edək ki, söhbət Trampın öz çıxışında səsləndirdiyi fikirlərdən gedir. Atlantik okeanının adının dəyişdirilməsi ilə bağlı hər hansı rəsmi qərar açıqlanmayıb. Geri dön |