Ana Sayfa > Özəl > Azərbaycanda benzin və dizellə işləyən avtomobillərlə bağlı yeni plan – Tarixlər açıqlandı

Azərbaycanda benzin və dizellə işləyən avtomobillərlə bağlı yeni plan – Tarixlər açıqlandı


Bu gün, 19:00. Yazar: vasif
Azərbaycanda benzin və dizellə işləyən avtomobillərlə bağlı yeni plan – Tarixlər açıqlandı




Azərbaycanda benzin və dizel mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması planlaşdırılır.

Bu istiqamətdə nəzərdə tutulan tədbirlər “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədində əksini tapıb.

Sənədə əsasən, 2035-ci ilədək daxili yanma mühərrikli avtomobillərin mərhələli istismardan çıxarılmasının ilkin planlaşdırılması və elektromobillərin ölkənin avtomobil parkındakı payının artırılması nəzərdə tutulur.

Bu məqsədlə elektriklə işləyən nəqliyyat vasitələrinin istifadəsini genişləndirmək üçün müxtəlif təşviq proqramlarının tətbiqi planlaşdırılır.

2060-cı ilə qədər isə sərnişin avtomobil parkında elektrik və digər alternativ enerji mənbələri ilə işləyən nəqliyyat vasitələrinin payının 100 faizə çatdırılması hədəflənir.

Strategiyada benzin və dizellə işləyən avtomobillərin tədricən alternativ nəqliyyat vasitələri ilə əvəzlənməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu, uzunmüddətli strateji hədəfdir. Sənəddə bütün mövcud benzin və dizel avtomobillərinin 2035-ci ildə birdən-birə istifadəsinin qadağan ediləcəyi bildirilmir.
Geri dön