Ana Sayfa > Manşet / Özəl > Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib
Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edibBu gün, 12:44. Yazar: azer |
![]() Milli Məclisin deputatı Novruzəli Aslanov 22 oktyabr 2026-cı il tarixində İsmayıllı rayonunda növbəti dəfə seçicilərlə görüşüb. aia.az xəbər verir ki, millət vəkili bu dəfə vətəndaşları rayonun Hacıhətəmli kəndində qəbul edib. Qəbulun gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə edilib. Millət vəkili qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb, onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağını bildirib. Deputat Novruzəli Aslanovun keçirdiyi qəbulda iştirak edən Hacıhətəmli kənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Geri dön |