Ana Sayfa > İqtisadiyyat > Azərbaycanda daxili yanma mühərrikli avtomobillər mərhələli istismardan çıxarılacaq
Azərbaycanda daxili yanma mühərrikli avtomobillər mərhələli istismardan çıxarılacaqBu gün, 12:12. Yazar: Subhan |
![]() Azərbaycanda daxili yanma mühərrikli (DYM) minik avtomobilləri mərhələli olaraq istismardan çıxarılacaq. aia.az Apa-ya istinadən xəbər verir ki, bu, "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" sənədində əksini tapıb. Sənədə əsasən, 2035-ci ilədək DYM donanmasının ilkin olaraq istismardan çıxarılmasının planlaşdırılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması, təşviq proqramları vasitəsilə elektromobillərin tətbiqinin dəstəklənməsi nəzərdə tutulub. 2060-cı ilə qədər isə sərnişin avtomobil parkında elektrik və digər alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinin payının 100%-ə çatdırılması, müxtəlif təşviq proqramları vasitəsilə elektromobillərin tətbiqinin təşviq edilməsi, DYM nəqliyyat vasitələrinin daha mərhələli şəkildə istismardan çıxarılması planlaşdırılıb. aia.az Geri dön |