Ana Sayfa > İqtisadiyyat > AMB islam maliyyəsi üzrə qanunvericilikdə dəyişiklik edilməsini təklif edib

AMB islam maliyyəsi üzrə qanunvericilikdə dəyişiklik edilməsini təklif edib


Bu gün, 12:08. Yazar: Subhan
AMB islam maliyyəsi üzrə qanunvericilikdə dəyişiklik edilməsini təklif edib

Azərbaycan Mərkəzi Bankı (AMB) islam maliyyəsi üzrə Vergi Məcəlləsində və "Əmanətlərin sığortalanması haqqında" qanunda dəyişiklik edilməsini təklif edib.

aia.az xəbər verir ki, bunu AMB-nin Maliyyə sektorunun inkişafı şöbəsinin rəisi Nərgiz Şirəliyeva Bakıda keçirilən III İslam Maliyyə Forumunda bildirib.

"Çalışdıq ki, alternativ müddətli depozitlər, eyni zamanda alternativ tələbli depozitlər ənənəvi bank məhsullarından hansısa istiqamətdə geri qalmasın, yəni daha baha başa gəlməsin. Misal üçün, mürabaha məhsulunu bank alır və üstünə əlavə marja tətbiq etməklə satır. Bu, banklar üçün əlavə dəyər vergisi (ƏDV) ödənilməsini nəzərdə tutur və məhsulu daha bahalı edir. Hətta dövlət rüsumu da iki dəfə tətbiq edilir. Biz hər iki istiqamətdə dəyişiklik edərək bu ikili verginin olmaması üçün müvafiq müddəalar salmışıq və bu məsələləri İqtisadiyyat Nazirliyiyanında Dövlət Vergi Xidməti ilə müzakirə etmişik",-deyə o qeyd edib.

AMB rəsmisi həmçinin deyib ki, təkcə vergi neytrallığı deyil, eyni zamanda sığortalama üzrə də neytrallıq olmalıdır: "Vətəndaşın təkcə nənəvi əmanətləri deyil, islami əmanətləri də sığortalanmalıdır. Hazırda bu xüsusda əsas qanunlara dəyişikliklər edilib. Amma onu da deyim ki, biz eyni zamanda alternativ, yəni islami depozitlərlə vətəndaşın da riskini nəzərə alaraq, banklara əlavə yük olmamasını təmin etmişik. Bu, qanunvericilik istiqamətindəki dəyişikliklərdir. Orada həm vergi neytrallığının qorunması, həm də hüquqi əsasların tamamilə tənzimlənməsi üçün bir sıra məsələlər nəzərdə tutulub".

Hazırda yalnız qanunvericilik dəyişiklikləri mərhələsində olduqlarını deyən N. Şirəliyeva bunlar qüvvəyə mindikdən sonra prudensial və nəzarət çərçivəsində də müvafiq dəyişikliklərin ediləcəyini diqqətə çatdırıb: "Bu xüsusda, əlbəttə ki, məlumat mübadiləsi və beynəlxalq əməkdaşlardan öyrənmək çox vacibdir. Belə ki, biz həm öz daxilimizdə banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) nəzarətlə məşğul olan əməkdaşlara müvafiq təlimlərin keçirilməsini planlaşdırırıq. Eyni zamanda sektor üçün müvafiq təlimlər üzrə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə əməkdaşlıq nəzərdə tutulur".

N. Şirəliyeva yalnız banklar üçün deyil, eyni zamanda "Bank olmayan kredit təşkilatları haqqında" qanunvericiliyə də dəyişiklik edildiyini bildirib: "Bunlar BOKT-un da islami məhsulları təqdim etmək hüququna malik olması üçün edilir. Biz sorğular əsasında bu yola çıxmışıq. Sorğularda da görürük ki, bu müştərilərin bir hissəsi məhz BOKT-ların müştəriləridir və onların BOKT-lara əlçatanlığı daha yüksəkdir, xüsusilə regionlarımızda. Ona görə müvafiq qanunvericilikdə dəyişiklik edərək, BOKT-lara da mürabaha, istisna və icarə məhsullarının təqdim edilməsi üçün imkan yaratmışıq. Depozit məhsullarını isə yalnız banklar təqdim edə biləcək. Gələcəkdə nəzərdə tutulan təlimlərdə BOKT-ların da iştirakı təmin olunacaq".

aia.az
Geri dön