Ana Sayfa > Karusel / Gündəm > Əli Əsədov yeni qərar imzaladı
Əli Əsədov yeni qərar imzaladıBu gün, 11:57. Yazar: azer |
![]() “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi yenilənib. aia.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollegiya üzvlərinin sayı 11 (on bir) nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib: Kollegiyanın sədri: Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Kollegiyanın üzvləri: Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavinləri Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının Hüquq şöbəsinin müdiri Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının Maliyyə və hesabatlılıq şöbəsinin müdiri Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının Beynəlxalq strateji əməkdaşlıq şöbəsinin müdiri Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının Sənayenin tənzimlənməsi şöbəsinin müdiri Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Müdafiə Sənayesi Nazirliyinin tabeliyində “Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri. Geri dön |