Ana Sayfa > Dünya > Rusiya – Ukrayna müharibəsi bitir? - Kremldən açıqlama
Rusiya – Ukrayna müharibəsi bitir? - Kremldən açıqlamaDünən, 22:17. Yazar: vasif |
![]() Ukrayna münaqişəsi başa çatmağa doğru gedir. aia.az-ın məlumatına görə, bunu Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov “Vesti” informasiya xidmətinə deyib. O, Ukraynadakı münaqişənin başa çatma nöqtəsinə nə dərəcədə yaxınlaşdığı barədə sualı bu cür cavablandırıb. Rusiya dövlət başçısının köməkçisi həmçinin bildirib ki, Ukraynadakı vəziyyət Rusiya Federasiyası Prezidenti Vladimir Putinin ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff ilə söhbətinin mərkəzi mövzusu olub. Danışıqlar oktyabrın 21-də Sankt-Peterburqun Konstantinovski sarayında baş tutub. Onlar təxminən üç saat davam edib. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov isə qeyd edib ki, ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff tərəfindən gətirilən bütün təkliflər Putin tərəfindən öyrəniləcək və qiymətləndiriləcək. “Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların yeni raundu Əbu-Dabidə keçirilə bilər” - deyə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. “Biz Əbu-Dabi üzrə orientir götürürük. Belə bir razılaşma var idi ki, bu, haradasa, yəqin ki, noyabrın ortalarında, noyabrın onuncu rəqəmlərində baş tutacaq”, deyə Uşakov bildirib. Geri dön |