Ana Sayfa > Manşet / Siyasət > Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi

Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi


Bu gün, 19:50. Yazar: vasif
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi


Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Prezident İlham Əliyevə zəng edib.

“aia.az”ın məlumatına görə, telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər.

Türkiyə Prezidenti Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərini bir daha çatdırıb və Prezident İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə Görüşünə dəvət edib.

Qeyd edək ki, TDT-nin 13-cü Zirvə Görüşü 29-30 oktyabr tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində keçiriləcək.
Geri dön