Ana Sayfa > Gündəm > "Qanunsuz bələdiyyə qərarları ləğv edilib" -

"Qanunsuz bələdiyyə qərarları ləğv edilib" -


Bu gün, 12:22. Yazar: Subhan
"Qanunsuz bələdiyyə qərarları ləğv edilib" -

"Regionların inkişafı ilə birbaşa bağlı olan fəaliyyət istiqamətlərindən biri də bələdiyyə torpaqlarının qanunauyğun istifadə olunmasıdır. Eyni zamanda əhalinin marağı naminə səmərəli istifadə olunmasıdır. Bu həm kənd təsərrüfatının inkişafına, həm regionların inkişafına, eyni zamanda əhalinin rifahının yüksəldilməsinə xidmət edən fəaliyyətdir".

aia.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusunda konfransda çıxışı zamanı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəisi Elmin Həsənov deyib.

Onun sözlərinə görə, cari ilin 9 ayı çərçivəsində 2565 hektar torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktının ləğvi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən müvafiq işlər görülüb ki, nəticədə 2552 hektar torpaq sahəsinin icarəyə verilməsi, 13 hektarının isə mülkiyyətə verilməsinə dair qanunsuz bələdiyyə qərarları ləğv edilib.

"Eyni zamanda bu qeyd olunan torpaq sahələrinin 2040 hektarını örüş sahələri əhatə edir. Həmin torpaqların geriyə qaytarılması, yaxud bələdiyyə mülkiyyətinə qaytarılması ilə bağlı tərəfimizdən tədbirlər görülüb və bu da kənd təsərrüfatının dəstəklənməsi, torpaqların yerlərdə daha düzgün və ədalətli paylanmasına gətirib çıxarıb. Eyni zamanda torpaqlardan düzgün istifadəsi ilə yanaşı, torpaqlarla bağlı icarə haqlarının və eyni zamanda torpaq vergilərinin düzgün hesablanması nazirliyin əsas prioritet fəaliyyət istiqamətlərindən biridir".

aia.az
Geri dön