Ana Sayfa > Özəl > Fransada kütləvi talan – Zərər 1 milyard avronu keçə bilər

Fransada kütləvi talan – Zərər 1 milyard avronu keçə bilər


Bu gün, 21:39. Yazar: vasif
Fransada kütləvi talan – Zərər 1 milyard avronu keçə bilər



Fransada baş verən kütləvi iğtişaşlar ölkənin biznes sektoruna ciddi ziyan vurub. İlkin hesablamalara görə, hadisələrin iqtisadi nəticələri 1 milyard avronu ötə bilər.

Yayılan məlumatlara əsasən, etirazlar zamanı çoxsaylı mağaza və ticarət obyektləri talan edilib. Zərər görənlər arasında Louis Vuitton, Hermès və Kenzo kimi məşhur brendlərin satış məntəqələri də var.

İlkin qiymətləndirmələrə görə, ən azı 3 min biznes obyektinə ziyan dəyib. Sığorta itkilərinin ümumi məbləğinin 1 milyard avrodan çox ola biləcəyi bildirilir.

Fransa hakimiyyəti talan edilmiş məhsulların internet üzərindən satışının qarşısını almaq üçün də tədbirlər görməyə çalışır.

Bu məqsədlə onlayn ticarət platformaları ilə danışıqlar aparılır və oğurlanmış malların satışına dair elanların bloklanması müzakirə edilir.

Dəymiş ziyanın yekun məbləği hələ dəqiqləşdirilməyib.
Geri dön