Ana Sayfa > Özəl > Livanda vəziyyət gərginləşir – “Hizbullah” üzvləri barədə həbs qərarı

Livanda vəziyyət gərginləşir – “Hizbullah” üzvləri barədə həbs qərarı


Bu gün, 21:00. Yazar: vasif
Livanda vəziyyət gərginləşir – “Hizbullah” üzvləri barədə həbs qərarı




Livanda hökumətlə “Hizbullah” təşkilatı arasında gərginlik artıb. Paytaxt Beyruta külli miqdarda partlayıcı maddə daşınması ilə bağlı aparılan araşdırma yeni qarşıdurma ehtimalını gündəmə gətirib.

“Нaharnet” portalının məhkəmə mənbələrinə istinadən yaydığı məlumata görə, Livanın Baş prokuroru Rami əl-Həc “Hizbullah”ın iki üzvü – Hüseyn Abdullah və Əli Əyyub barədə həbs qərarı verib.

Onlar Beyrutun cənub ətrafına 500 kiloqramdan çox TNT və C-4 partlayıcı maddəsinin qanunsuz daşınmasına cəhddə ittiham olunurlar.

Məlumata əsasən, partlayıcı maddələrlə yüklənmiş avtomobil oktyabrın 11-də Dahr əl-Beidar keçidində saxlanılıb. Bu, ay ərzində təhlükəsizlik qüvvələrinin ələ keçirdiyi üçüncü belə yük olub.

“Hizbullah” rəhbərliyi müsadirə edilən yükün qaytarılmasını və saxlanılan şəxslərin azad olunmasını tələb edib.

Livan Prezidenti Cozef Aun və Baş nazir Nəvaf Salam istintaqın davam etdiriləcəyini bildiriblər. Oktyabrın 17-də isə Beyrutun cənub ərazilərinə əlavə ordu qüvvələri yerləşdirilib və nəzarət məntəqələri qurulub.

“Hizbullah”a bağlı parlament nümayəndələri təqiblərin dayandırılmayacağı təqdirdə hökumət əleyhinə kütləvi etirazların keçirilə biləcəyini açıqlayıblar.

Hələlik tərəflər arasında silahlı toqquşma barədə məlumat yoxdur. Lakin yaranmış vəziyyət Livanda daxili təhlükəsizliklə bağlı narahatlıqları artırıb.
Geri dön