Ana Sayfa > Özəl > İran müharibəsi Tramp ailəsində fikir ayrılığı yaradıb – Prezidentin oğlu narazıdır
İran müharibəsi Tramp ailəsində fikir ayrılığı yaradıb – Prezidentin oğlu narazıdırBu gün, 20:41. Yazar: vasif |
![]() ABŞ prezidenti Donald Trampın İranla bağlı hərbi siyasəti ailəsi daxilində də fikir ayrılığına səbəb olub. “The Atlantic” nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, prezidentin böyük oğlu Donald Tramp kiçik İranla müharibənin davam etdirilməsinə qarşı çıxır. Bildirilir ki, o, atasına hərbi əməliyyatların seçki kampaniyası zamanı yeni müharibələrdən yayınmaq barədə verdiyi vədlərlə ziddiyyət təşkil etdiyini söyləyib. Bununla belə, Donald Tramp kiçik narazılığını ictimaiyyət qarşısında deyil, şəxsi söhbətlərdə ifadə etməyə üstünlük verir. Nəşrin məlumatına əsasən, ABŞ vitse-prezidenti Cey Di Vens də fevral ayında hərbi əməliyyatların başlanmasına qarşı mövqe nümayiş etdirib. Administrasiyanın digər yüksək vəzifəli nümayəndələrinin isə İsrailin hərbi planlarının nəticələri ilə bağlı şübhələri olub. Oktyabrda keçirildiyi bildirilən sorğunun nəticələrinə görə, amerikalıların 65 faizi Tramp administrasiyasının İran münaqişəsini idarə etməsindən narazıdır. Respondentlərin təxminən yarısı qarşıdurmanın bir ildən çox davam edə biləcəyini düşünür. Müharibənin uzanması və yanacaq qiymətlərinin artması ABŞ daxilində siyasi müzakirələri gücləndirib. Qeyd edək ki, Trampın oğlu ilə fikir ayrılığı barədə məlumatlar anonim mənbələrə əsaslanır və tərəflər bunu açıq şəkildə təsdiqləməyiblər. Geri dön |